25 C
Baku
20 İyul 2025, 6:56
Dünyaİdman

Alleqri “Yuventus”dan gedir?-AÇIQLAMA

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri postunu tərk edəcək. Bugun.tv xəbər verir ki, bu barədə jurnalist Mauritsio Pistoçio məlumat yayıb.

Onun sözlərinə görə, Turin klubu tezliklə yeni məşqçi axtarışına başlayacaq.

Qeyd edək ki, 55 yaşlı mütəxəssisin “Yuventus”la müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.

Turin komandası 62 xalla 7-ci yerdə qərarlaşıb. Byankonerilər Konfrans Liqasında (2023-2024) çıxış edəcək. Çempionat zamanı “Yuventus”dan on xal silinib. Komanda Çempionlar Liqasının qrup mərhələsindən kənarda qalıb, daha sonra Avropa Liqasının yarımfinalına yüksəlib. İtaliya kubokunda “Yuventus” yarımfinalda mübarizəni dayandırıb.

Xatırladaq ki, Massimiliano Alleqri bundan əvvəl “Milan”, “Kalyari”, “Sassuolo”, “Udineze” və digər İtaliya klublarına rəhbərlik edib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Aİ Rusiyanı Baltik dənizində elektrik enerjisinin kəsilməsinə görə günahlandırır

Aynur Camal

Çin Tramp administrasiyasına meydan oxudu: Biz sona qədər mübarizə aparmağa hazırıq

Aynur Camal

Solar Orbiter Günəşin heyrətamiz fotolarını göndərdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu