27 C
Baku
25 İyul 2025, 23:22
Baş xəbərDünya

Alman fermerləri Şolts hökumətinə etiraz edirlər

Alman fermerləri bu həftəni hökumət tərəfindən aparılmış ixtisarlara qarşı federal səviyyədə etirazlarla başlayıb. Konstitusiya Məhkəməsi tərəfindən 2023-cü və 2024-cü illər üçün ümumi büdcələrin ləğv edilməsi nəticəsində Olaf Şolts hökuməti bir sıra radikal ixtisar aparmağa məcbur olub. Almaniyanın kənd təsərrüfatı sektoru isə bununla barışmayıb.

Bugun.tv alman mətbuatına istinadla xəbər verir ki, alman fermerləri növbəti dəfə küçəyə 680 traktor çıxarıb, texnikanı Branderburq qapısı qarşısında düzərək Berlinin mərkəzində yenidən hərəkəti kəsiblər. “Traktor” nümayişi də Almaniyanın qalan hissəsinə yayılıb. “Biz “işıqfor” koalisiyasının büdcə xaosuna, hökumətin səhvlərinin nəticələri bizim üzərimizə düşdüyünə görə pul ödəməliyik. Xeyir, biz razı deyilik”, – deyə hökumətdən kənd təsərrüfatı dizel yanacağı ilə əlaqədar olan ixtisarları tamamilə ləğv etməyə tələb edən Almaniya Fermerlər Assosiasiyasının prezidenti Yoaxim Rukvid bildirib. Y.Rukvid Almaniya hökumətinin qərarlarını “diktator” qərarları adlandırıb.

Etiraz aksiyaları bütün həftə ərzində davam edəcək və Berlində böyük nümayişlə başa çatacaq.

Fermerlər bildirirlər ki, indiki kənd təsərrüfatı məhsullarının qiymətlərinin endiyi vəziyyətdə dizel yanacağının 1 litrinə görə 21,48 sent miqdarında subsidiyanın ləğv edilməsi onların gəlirlərinin üçdəbiri qədər azalmasına gətirib çıxaracaq. Lakin hökumət 2024-cü il üçün büdcələrin əhəmiyyətli hissəsinə ötən ilin sonunda yenidən baxmağa məcbur edən Konstitusiya Məhkəməsinin qərarından sonra razılaşdırılmış ixtisarlar paketi çərçivəsində bu addım sayəsində 920 milyon avro qənaət etmək niyyətindədir.

İntizar Əmirova

Oxşar xəbərlər

Ukrayna Silahlı Qüvvələrinin hərbçisi Donetsk yaxınlığında təslim oldu

Kəmalə Sultan

Böyük Britaniya Putinin yaxın ətrafına sanksiya tətbiq edir

Aynur Camal

Əgər kişmişi suda isladıb içsəniz…

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu