Bugun.tv xəbər verir ki, Almaniyada polis Qəzzada xəstəxanaya hücumdan sonra Fələstinə dəstək nümayiş etdirmək istəyən fəallara müdaxilə edib. Paytaxt Berlinin Neukölln rayonunda ərəb vətəndaşların yaşadığı Sonnenallee küçəsində toplaşan yüzlərlə insan Əl-Ehli Baptist Xəstəxanasına hücumdan sonra Fələstinə dəstək olmaq istəyib.
TRT Haber-in məlumatına görə, Polis nümayişçilərə icazə vermədikdə dava düşüb. Polis maşınlarına atəşfəşanlıq və butulkalar atıldıqdan sonra nümayişçiləri dağıtmaq üçün təzyiqli su və bibər qazından istifadə edilib. Bu səbəblə bəzi nümayişçilər yüngül yaralanarkən; Polis bəzi nümayişçiləri şəxsiyyətini müəyyən etmək üçün qısa müddətə saxlayıb. Tarixi Brandenburq Qapısı qarşısında toplaşan təxminən 1000 nəfər Qəzzada Əl-Əhli Baptist Xəstəxanasına edilən hücuma etiraz edərək dağılışıb.
Müxbir: İntizar Əmirova