28 C
Baku
27 İyun 2025, 10:34
Baş xəbərDünya

Alman ziyalıları “Fələstin” üçün üsyan etdilər!

Almaniyada bir çox alim və ziyalılar Almaniya hökumətini “Fələstinlilərin məhv edilməsinə dəstəyi dayandırmağa” çağırıblar.

Almaniyada müxtəlif elm adamları və ziyalılar Almaniya hökumətini İsrailin fələstinlilərə qarşı siyasətinə verdiyi dəstəyi dayandırmağa çağırıb. Oktyabrın 27-də Almaniya hökumətinə göndərilən məktubda Almaniyanın İsrailə verdiyi dəstək vasitəsilə “fələstinlilərin qətli və insanlıqdan çıxarılmasında fəal iştirak etdiyi” iddia edilir. Məktubda Almaniya hökumətindən bu siyasəti dəyişməyə, beynəlxalq hüquq və ədalətə riayət etməyə çağırılıb.

Müəlliflər Almaniyanın dövlət qurumları və siyasətçilərinin İsrailin hərəkətlərini böyük ölçüdə dəstəklədiyini bildirərək, Almaniyanın Birləşmiş Millətlər Təşkilatının Soyqırımın qarşısının alınması və cəzalandırılması Konvensiyasına uyğun olaraq tarixi, etik, hüquqi və siyasi öhdəliklərinin olduğunu diqqətə çatdırıblar. Məktubda Almaniyanın İsrailə dəstəyinə son qoyulması və onun fələstinlilərə qarşı tətbiq etdiyi əməllərə qarşı tədbir görülməsi tələb olunur.

Bu mətn Almaniyada İsrail-Fələstin problemi ilə bağlı artan tənqidlərin və hökumətin siyasətlərinə təzyiqin göstəricisi kimi qiymətləndirilir. Almaniya hökumətinin necə cavab verəcəyi və bu çağırışların siyasətə təsir edib-etməyəcəyi maraq doğurur.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycan Prezidenti: Tacikistanın beynəlxalq aləmdə nüfuz qazanması dost ölkə olaraq bizi sevindirir

Bugün TV

Hərbi qırıcı təyyarə qəzaya uğradı

Aynur Camal

Fabrik yanğını baş verdi: 10 işçi xəstəxanaya yerləşdirildı-FOTO

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu