28 C
Baku
20 İyul 2025, 23:24
Baş xəbərDünya

Almaniya bu il il rekord həcmdə silah ixrac etdi

Almaniya 2023-cü ildə rekord həcmdə – 11,7 milyard avro dəyərində silah ixrac edib.

Bugun.tv xəbər verir ki, Deutsche Presse-Agentur (DPA) agentliyi bu barədə Almaniya İqtisadiyyat Nazirliyinin Bundestaqın deputatı Sevim Daqdelenə ünvanladığı sənədə istinadla məlumat yayıb.

Silah ixracatında 9,35 milyard avro dəyərində öncəki rekord 2021-ci ildə qeydə alınıb. Beləliklə, indiki rekord əvvəlki ilə nisbətən təxminən 25 faiz, ötən illə müqayisədə isə 40 faiz yüksəkdir. Bu məbləğin 6,15 milyard avrosu silah, 5,67 milyard avrosu isə digər müdafiə təyinatlı məhsulların ixracı ilə bağlıdır. Yanvarın 1-dən dekabrın 12-dək təsdiqlənən ixracın üçdə birindən çoxu – 4,15 milyard avrosu Ukrayna üçün nəzərdə tutulub.

Almaniya, həmçinin gələn ilin büdcəsindən Kiyevə silah tədarükü üçün 8 milyard avro ayırıb. 2022-ci ilin fevralından bəri Berlin Ukraynaya 25 milyard avrodan çox humanitar, maliyyə və hərbi yardım göstərib.

Aynur Camal

Oxşar xəbərlər

AK Partiyası 22 yaşını qeyd edir

Bugün TV

Kəbə qonaqlarından Fələstinə dua: 3 milyondan çox zəvvar əllərini göyə açdı

Aynur Camal

Fransadan Fələstinə dəstək nümayişi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu