9 C
Baku
23 Dekabr 2024, 2:54
Dünya

Almaniya da qadınları orduya cəlb edəcək

Almaniya Silahlı Qüvvələrinin baş müfəttişi Karsten Bauer qadınların orduya cəlb olunması məsələsinə toxunub. “Bərabərlik burada da tətbiq edilməlidir.

Almaniya Silahlı Qüvvələrinin baş müfəttişi Karsten Bauer qadınların məcburi xidmət zamanı hərbi xidmətə cəlb olunma ehtimalına müsbət yanaşır. Bununla belə, o, həmçinin xəbərdarlıq edir ki, könüllü hərbi xidmət kadr boşluğunu doldurmaq üçün kifayət etməyəcək.

“Hazırda Konstitusiyaya görə, bizdə yalnız kişi əhali üçün nəzərdə tutulan hərbi xidmət dayandırılmışdır. Amma burada da bərabərlik tətbiq edilməlidir”, – deyən Bauer RND Network-ə bu mövzuda “düzgün siyasi və sosial müzakirələr” aparmağa çağırıb.

Bundesver rəhbəri həmçinin vurğulayıb ki, Almaniya NATO-nun mərkəzi olduğu üçün müharibəyə hazır olmalıdır. “Ümumilikdə 400 mindən çox müvəqqəti və peşəkar əsgərə, eləcə də ehtiyat əsgərlərə ehtiyacımız var” deyən Bauer və bir neçə həftə əvvəl müdafiə naziri Boris Pistoriusun təqdim etdiyi planı müdafiə etsə də, “onsuz heç nə etmək olmaz” deyib.

Müdafiə nazirinin elan etdiyi kimi, alman pasportu olan bütün kişilər və qadınlar 18 yaşlarında 6 aylıq əsas hərbi xidmət müddətini və 17 aya qədər mümkün uzadılmasını nəzərdən keçirməyi tövsiyə edən rəsmi məktub alacaqlar. Gənclərdən ailə vəziyyəti, maraqları, silahdan istifadəyə münasibəti, akademik bilikləri və sağlamlıq vəziyyəti ilə bağlı sorğu doldurmaları istəniləcək. Sorğunun doldurulması qadınlar üçün isteğe bağlıdır, lakin kişilər üçün məcburidir. Almaniya Konstitusiyasına görə, şərait bunu tələb edərsə, hökumət qadınlardan da xidmət etməyi tələb edə bilər, lakin silah almağı yox.

Tədqiqatdan əldə edilən məlumatlara əsasən, Müdafiə Nazirliyi hər il təxminən 40 min hərbi xidmət üçün uyğun olan şəxsi müəyyənləşdirəcəyini, onlardan təxminən 10 mininin sonunda xidmət edəcəyini təxmin edir.

Almaniyada məcburi hərbi xidmət 55 ildən sonra 2011-ci ildə dayandırılmışdı.

Mənbə: TGRT

İntizar Əmirova

Oxşar xəbərlər

Malayziya fələstinlilər üçün yaradılmış yardım fonduna 1 milyon ringgit köçürəcək

Bugün TV

Rusiyada LGBT təbliğatı ilə bağlı yeni qanun yaradıldı

Nigar Məmmədova

Sağlam böyümənin təməl daşı: Ana südü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu