Almaniyanın xarici işlər naziri Annalena Baerbok G7 ölkələrini Rusiya prezidenti Vladimir Putinə qarşı birləşməyə çağırıb.
Baerbok G7 Xarici İşlər Nazirləri Toplantısı üçün Kanadaya getməzdən əvvəl verdiyi açıqlamada G7 ölkələrinin xarici işlər nazirlərinin fikir mübadiləsi aparmasının vacib və zəruri olduğunu bildirib.
Putinin Ukraynada müharibə məqsədlərinə çata bilməməsinin ilk növbədə ukraynalıların cəsarəti və G7 ölkələrinin verdiyi dəstəkdən qaynaqlandığını bildirən Baerbok, əlavə edib: “Sülhə gedən yol güc və birlikdən keçir. Putinin anlayacağı bir dil”.
Baerbock bildirib ki, G7 ölkələri əməkdaşlığın sabitlik və təhlükəsizlik gətirdiyinə dair aydın mesaj göndəriblər.
G7-nin əsas rolu olduğunu ifadə edən Baerbock, “Fikir ayrılıqlarımız ola bilər, amma son nəticədə çağımızın mərkəzi təhlükəsizlik problemlərinə cavab tapıb tapa bilməyəcəyimizə görə qiymətləndiriləcəyik” deyib.
Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin, Çinin Hind-Sakit okean bölgəsindəki rəftarının və Yaxın Şərqdəki böhranların gətirdiyi çətinliklərin hər kəsin təhlükəsizliyi ilə sıx bağlı olduğunu qeyd edən Baerbock, “Bu mövzularda ortaq maraqlarımız ortaq kompasımızdır” deyib.
Mənbə: İlkha