8 C
Baku
21 Dekabr 2025, 23:13
Digər

Almaniya hökumətinin İsrailə silah satışını dayandırması ölkədə ciddi müzakirələrə səbəb oldu

Almaniya Kansleri Fridrix Mertsin İsrailə silah satışını müvəqqəti olaraq dayandırması qərarı ölkədə ciddi müzakirələr yaradıb.

Bugun.tv xəbər verir ki, hökumətin bu mövqeyi koalisiya daxilində də bir sıra fikir ayrılığına da səbəb olub. Belə ki, hakim Sosial Demokratlar Partiyası (SPD) bu qərarı dəstəklədiyi halda, Xristian Demokratlar Partiyasının (CDU) ən yaxın müttəfiqi Xristian Sosialistlər İttifaqı (CSU) bu mövqeni tənqid edib.

Qeyd edək ki, Almaniya Kansleri Fridrix Merts Qəzza bölgəsində istifadə edilə biləcək heç bir silah-sursatın ikinci qəraradək İsrailə göndərilməyəcəyini açıqlayıb və bunun İsrailin bölgədəki hərbi əməliyyatları genişləndirmək istəyi ilə bağlı olduğunu bildirmişdi.

SPD-nin həmsədri və vitse-kansler Lars Klinqbayl da açıqlamalarının birində İsrailə silah satışının dayandırılması qərarını müdafiə edib.

Mənbə: AZƏRTAC

Bugün TV

Oxşar xəbərlər

Azərbaycan – Türkiyə İş Adamları Birliyi görüş təşkil etdi

Aynur Camal

“Marafon kraliçası”nın müdafiəsi həbsdən apellyasiya şikayəti verdi

Bugün TV

Tarixi və təbii gözəlliklər şəhəri Tekirdağ

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu