Digər

Almaniya hökuməti hərbi xidmət haqqında yeni qanun layihəsini təsdiqlədi

Bugun.tv “Spiegel” qəzetinə istinadla xəbər verir ki, təsdiqlənən hüquqi çərçivə gənc kişilərin qeydiyyatının aparılmasını nəzərdə tutsa da, ilk mərhələdə könüllülük prinsipinə və xidmətin cəlbediciliyinin artırılmasına əsaslanır. Koalisiya hökumətində yer alan CDU/CSU ittifaqının tələb etdiyi kimi, sülh dövründə ümumi hərbi mükəlləfiyyətin bərpası razılaşdırılmayıb. Lakin müdafiə naziri Boris Pistoriusun tələbinə əsasən, hərbi-siyasi vəziyyət və ya könüllülərin çatışmazlığı hərbi mükəlləfiyyəti zəruri edəcəyi təqdirdə Bundestaqın razılığı tələb olunacaq. Qeyd edək ki, Almaniya Müdafiə Nazirliyinin iyulun 31-nə olan məlumatına əsasən, Bundesverin aktiv şəxsi heyəti 260 min nəfərdir. Onların 182 min 984-ü hərbi qulluqçu, 80 min 602 nəfəri isə mülki şəxsdir. Almaniya ordusu üçün təxminən 80 min hərbi qulluqçuya tələb olduğu bildirilir.

Bugün TV

Oxşar xəbərlər

Pakistan Umman dənizində “fövqəladə vəziyyət” elan edən gəmidən 18 dənizçini xilas etdi

Aynur Camal

Həqiqi pendiri saxtadan ayırmağın 5 sadə yolu açıqlanıb

Aynur Camal

Dmitri Medvedev yeni məktəb dərsliklərinin baş redaktoru oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu