7 C
Baku
21 Dekabr 2025, 12:41
Digər

Almaniya iqtisadiyyatı ikinci rübdə 0,3 faiz gerilədi

Bugun.tv xəbər verir ki, Federal Statistika İdarəsinin hesabatında ümumi daxili məhsulun əvvəlki rüblə müqayisədə 0,3 faiz azaldığı qeyd olunub. İlkin hesablamalarda isə cəmi 0,1 faizlik daralma gözlənilirdi. Geriləmənin əsas səbəbi sənaye istehsalının gözləniləndən zəif inkişaf etməsi olub. Dövlət və özəl istehlak artsa da, tikinti, maşın və avtomobil istehsalına qoyulan sərmayələr kəskin şəkildə azalıb. Xarici ticarətdə də mənfi tendensiya qeydə alınıb. ABŞ-ın qeyri-sabit ticarət siyasəti və avqustun 7-dən qüvvəyə minən 15 faizlik yeni rüsumlar Almaniyanın ixracyönümlü sənayesinə mənfi təsir göstərib. Nəticədə bir çox şirkətlər ABŞ və Çin bazarlarında satışların azalması ilə üzləşib.

Bugün TV

Oxşar xəbərlər

2025-ci ildə meşə yanğınları Avropada milyon hektardan çox ərazini məhv etdi

Bugün TV

Kişi və qadın beyni-ARAŞDIRMA

Kəmalə Sultan

6,1 bal gücündə zəlzələ! İstanbul, İzmir və Bursada da hiss olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu