Bugun.tv xəbər verir ki, Federal Statistika İdarəsinin hesabatında ümumi daxili məhsulun əvvəlki rüblə müqayisədə 0,3 faiz azaldığı qeyd olunub. İlkin hesablamalarda isə cəmi 0,1 faizlik daralma gözlənilirdi. Geriləmənin əsas səbəbi sənaye istehsalının gözləniləndən zəif inkişaf etməsi olub. Dövlət və özəl istehlak artsa da, tikinti, maşın və avtomobil istehsalına qoyulan sərmayələr kəskin şəkildə azalıb. Xarici ticarətdə də mənfi tendensiya qeydə alınıb. ABŞ-ın qeyri-sabit ticarət siyasəti və avqustun 7-dən qüvvəyə minən 15 faizlik yeni rüsumlar Almaniyanın ixracyönümlü sənayesinə mənfi təsir göstərib. Nəticədə bir çox şirkətlər ABŞ və Çin bazarlarında satışların azalması ilə üzləşib.
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri
