23 C
Baku
10 İyun 2025, 1:25
Baş xəbərDünya

Almaniya İranın Frankfurt, Münhen və Hamburqdakı baş konsulluqlarını bağlayır

Almaniya İranın Frankfurt, Münhen və Hamburqdakı baş konsulluqlarını bağlamaq qərarına gəlib.

İranda terrorizmdə ittiham olunan ikili İran-Almaniya vətəndaşı Cəmşid Şarmehdin edamından sonra Berlin və Tehran arasında gərginlik davam edir. Almaniya Xarici İşlər Nazirliyindən verilən açıqlamada İranın Frankfurt, Hamburq və Münhendəki konsulluqlarının bağlanacağı bildirilib.

Bu çərçivədə vəziyyətdən təsirlənən 32 İran konsulluğu işçisi ölkədə yaşamaq hüquqlarını itirəcək və Almaniya vətəndaşlığı olmadığı təqdirdə ölkəni tərk etməli olacaqlar. İranın Berlindəki səfirliyi açıq qalacaq və Almaniyadakı iranlılar üçün konsulluq işləri ilə məşğul olacaq.

ABŞ-da yerləşən anti-rejim terror təşkilatı “Tonder”in lideri olmaqda ittiham olunan Cəmşid Şarmehdin edam hökmü oktyabrın 28-də icra olunub. Almaniya Xarici İşlər Nazirliyi Şarmehdə qarşı edam hökmündən sonra iki iranlı diplomatı deportasiya edib və İran buna cavab olaraq eyni sayda alman diplomatını deportasiya edib. Şarmehd edam edildikdən sonra Almaniyanın Tehrandakı səfiri Markus Potzel də məsləhətləşmələr üçün Berlinə çağırılıb.

Almaniya Xarici İşlər Nazirliyi İrana səfər etməmək barədə xəbərdarlıq edib və Almaniya vətəndaşlarından ölkəni tərk etməyi xahiş edib.

Mənbə: Hurriyet.Tr

Aynur Camal

Oxşar xəbərlər

Yaponlar kosmosda sake dəmləmək qərarına gəliblər

Aynur Camal

 Bir tərəfdə atəşkəs iddiaları, bir tərəfdə qırğın!

Aynur Camal

Narkotik alverçilərinə edam cəzası verildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu