23 C
Baku
15 İyun 2025, 17:26
Dünya

Almaniya İsrailə münasibətini dəyişir

Almaniyanın münasibət dəyişməsi İsrailin baş naziri Binyamin Netanyahuya təsir edib. İsrailin baş naziri Almaniyaya getsə, həbs olunacaq.

İrlandiya, İspaniya və Norveçin Fələstini tanımaq qərarı ilə günü-gündən təcrid olunan İsrailə də Almaniya da münasibətini dəyişib. Almaniya Beynəlxalq Cinayət Məhkəməsinin onu hərbi cinayətlərdə ittiham etməsi ilə bağlı çağırışından sonra İsrailin baş naziri Benyamin Netanyahunun ölkəyə ayaq basacağı təqdirdə həbs oluna biləcəyini açıqlayıb.

Almaniya kansleri Olaf Şolzun sözçüsü Steffen Hebestreit Almaniyanın qanunlara əməl edəcəyini bildirib.

Beynəlxalq Cinayət Məhkəməsi (ICC) bu yaxınlarda İsrailin baş naziri Benyamin Netanyahu və bir sıra yüksək vəzifəli İsrail rəsmilərinin həbsinə order verilməsini istəyib.

Məhkəmə həmçinin HƏMAS-ın üç əsas liderinin həbsinə çağırıb.

BCM bu insanları müharibə cinayətlərində və insanlığa qarşı cinayətlərdə ittiham edir.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

İsrail Qəzza soyqırımında Microsoft və OpenAI infrastrukturundan güclü dəstək aldı

Aynur Camal

İsveç antiterror qanunvericiliyində düzəlişlər etdi

Aynur Camal

Dubay şokoladı: bu nədir və niyə bu qədər populyardır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu