Bugun.tv xəbər verir ki, bu fikri Almaniya Kansleri Fridrix Merts Berlində səfərdə olan Kanadanın Baş naziri Mark Karni ilə mətbuata bəyanatında bildirib. F.Merts Ukrayna və Rusiya prezidentlərinin görüşünün baş tutmaması təqdirdə, Rusiyaya qarşı təzyiqin artırılmasının vacibliyinə toxunaraq deyib: “Prezident Zelenski ötən həftə Vaşinqtonda açıq şəkildə bildirdi ki, o, yaxın günlərdə Putinlə bir masa arxasında oturmağa hazırdır. İndi növbəti addımı Moskva atmalıdır. Əgər Rusiya Prezidentinin bu müharibəni dayandırmaq niyyəti ciddidirsə, onda bu təklifi qəbul etməlidir. Moskva bu addımı atmazsa, daha çox təzyiq lazım olacaq. Avropa İttifaqı yeni sanksiyalar üzərində işləyir, ABŞ Prezidenti də əlavə gömrük rüsumlarını istisna etməyib”. Almaniya Kansleri Avropa ölkələrinin, ABŞ və Ukraynanın birlikdə təhlükəsizlik zəmanətlərinin mümkün variantlarını hazırladıqlarını qeyd edərək vurğulayıb ki, Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri güclü və etibarlı olmalıdır.
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri