7 C
Baku
4 Dekabr 2024, 13:22
Baş xəbərDünya

Almaniya Polşa, Çexiya və İsveçrə ilə sərhəd nəzarətini yenidən uzadacaq

Almaniya Polşa, Çexiya və İsveçrə ilə sərhəddə stasionar nəzarəti daha iki ay – 2024-cü ilin fevralınadək uzadacaq.

Bugun.tv xəbər verir ki, bunu Almaniyanın daxili işlər naziri Nensi Fezer “Rheinische Post” qəzetinə müsahibəsində deyib. “Sərhədi qanunsuz keçmək üçün insan həyatını təhlükə altına qoyanlara qarşı apardığımız mübarizə effektiv olub”, – deyə Nensi Fezer bildirib.

Nəzarət cari il oktyabrın 16-da tətbiq edilib və sonuncu dəfə dekabrın 15-dək uzadılıb. Son iki ay ərzində 3 min 300 qanunsuz sərhəd keçidinin qarşısı alınıb.

Almaniyanın miqrasiya və qaçqınlarin işi üzrə federal idarəsinin məlumatına görə, 2023-cü ilin əvvəlindən noyabrın sonunadək ölkəyə 300 mindən çox mühacir daxil olub ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 60 faiz çoxdur.

2023-cü ilin payızında Almaniya Nazirlər Kabineti miqrasiya qanunlarını sərtləşdirən bir sıra tədbirlər həyata keçirib. Hazırda mühacirlər standart sosial müavinət almaq üçün ölkədə əvvəlkindən 18 ay çox – 36 ay yaşamalı olacaqlar. Eyni zamanda, əcnəbilərin pulu xaricdəki qohumlarına göndərməməsi və Almaniyada xərcləməsi üçün müavinətlər debet kartına köçürüləcək. Sığınacaq üçün müraciətlərə baxılma müddətləri azaldılacaq və müraciəti rədd edilən şəxslərin deportasiyası asanlaşdırılacaq.

İntizar Əmirova

Oxşar xəbərlər

Yunanıstan 35 kilometrlik polad hasar tikir

Bugün TV

Rifah sərhədinin bağlanması 1000 uşağın və xəstənin ölümünə səbəb oldu

Aynur Camal

Qırğızıstan Prezidenti Sadır Japarov ölkəmizdə rəsmi səfərdədir

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu