Siyasət

Almaniya Prokurorluğu “Şimal axını” partlayışları ilə bağlı araşdırmaları davam etdirir – sözçüsü

Bugun.tv xəbər verir ki, Almaniya Baş Prokurorluğu “Şimal axını” qaz kəmərlərində baş verən partlayışlarla bağlı araşdırmaları davam etdirir. Lakin İsveç və Danimarkadan aralıq nəticə alıb-almadığını açıqlamır.

“Yalnız onu deyə bilərəm ki, istintaq davam edir”, – Almaniya hakimiyyətinin sözçüsü bildirib. Baş Prokurorluq İsveç və Danimarkanın hər hansı nəticə və ya dəlil paylaşıb-bilmədiyi sualına cavab verməyib. “Əlavə məlumat açıqlamırıq”, – sözçü əlavə edib.

İsveç fevralın əvvəlində istintaqı dayandırıb. Danimarka oxşar qərarı fevralın 26-da bildirib.

Almaniya hökuməti bundan əvvəl Baltik dənizində qaz kəmərlərində təxribat aktlarının bütün hallarının araşdırılmasında maraqlı olduğunu bildirib.

Mənbə tass

Könül Kərimova

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: “Ukraynanın müqaviməti Rusiyanı maksimalist şərtlərindən geri çəkilməyə məcbur edir”

Aynur Camal

Məhəmməd Əsədullazadə: Gürcüstan və Rusiya Ermənistana təzyiq mexanizmlərini gücləndirir

Aynur Camal

“Cenevrə görüşündən nəticə çıxmasa, müharibə qaçınılmazdır” – politoloq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu