14 C
Baku
23 Noyabr 2024, 13:47
Baş xəbərDünya

Almaniya Türkiyə və Suriyaya 3 aylıq viza verəcək

Xarici Xəbərlər

Almaniyanın daxili işlər naziri Nancy Faeser Türkiyə və Suriyadan olan zəlzələdə zərərçəkmişlərə üç aylıq viza verəcəklərini açıqlayıb. Eyni zamanda Britaniyada viza üçün petisiya başladılıb.

Alamniyanın Bild qəzetinə müsahibəsində Nancy Faeser deyib ki, “Bu təcili yardımdır. Biz türklərin və suriyalıların bürokratiya ilə üzləşmədən yaxın qohumlarını Almaniyaya gətirmələrini təmin etmək istəyirik”.

Fransanın AFP xəbər agentliyinin məlumatına görə, Almaniyada 2,9 milyon türk əsilli insan yaşayır və onların yarıdan çoxu Türkiyə vətəndaşıdır. Ölkədəki suriyalıların sayının 924 min nəfər olduğu təxmin edilir.

Böyük Britaniyanın da oxşar addım atması üçün petisiya başladılıb. Ötən il Rusiyanın Ukraynaya hücumundan sonra Britaniyadakı ukraynalılara qohumlarını gətirmək hüququ verən Böyük Britaniyadan Türkiyədəki zəlzələdən zərər çəkənlərin yaxınlarına da oxşar hüququn verilməsi tələb edilib.

Fevralın 12-i Bakı vaxtı ilə səhər saat 10:00-a olan məlumata görə, iki gün əvvəl başlayan petisiyaya 66 770 nəfər imza atıb. İmzaların sayı 100 minə çatarsa, bu kampaniyanın Britaniya parlamentində müzakirəyə çıxarılması mümkündür. Mənbə: twitter.bbc

Aynur Camal

Oxşar xəbərlər

Avtomobil aşdı! 7 yaralı var

Kəmalə Sultan

Ekoloji təhlükəsizlik məqsədilə zəruri tədbirlər davam etdirilir

Aynur Camal

Təbii qaz partlaması: 1 yaralı var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu