6 C
Baku
21 Dekabr 2025, 7:11
Baş xəbər

Almaniya Ukraynaya “Leopard” tankları və zirehli maşınlar üçün sursat göndərdi

Almaniya Ukrayna Silahlı Qüvvələrinə daha bir hərbi yardım paketi, o cümlədən “Leopard” tankları və “Marder” zirehli maşınları üçün sursat göndərib.

Bugun.tv xəbər verir ki, bu barədə məlumat Almaniya hökumətinin saytında yerləşdirilib.

“Yeni təchizat paketinə “Marder” piyada döyüş maşınları üçün sursat və ehtiyat hissələri daxildir. Həmçinin “Leopard 2A6” tankları üçün sursat da göndərilir”, – deyə məlumatda bildirilir.

Qeyd olunub ki, bundan əlavə, Berlin Kiyevə “Skynex” hava hücumundan müdafiə sistemi, TRML-4D hava müşahidə radarları, IRIS-T SLM hava hücumundan müdafiə sistemləri üçün döyüş sursatı, iki ədəd “Wisent” minadan təmizləmə tankı, həmçinin “Zetros” yük maşınları verib.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Nahar və şam yeməyi arasında ideal vaxt hesablanır

Aynur Camal

“Marafonunun təşkil olunması qaçışa marağı ciddi şəkildə artırır”

Aynur Camal

40 miqrant xilas edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu