Almaniyanın Köln şəhərində10 gün ərzində 3 fərqli iş yerində partlayışlar baş verib. Partlayış nəticəsində 2 nəfər yüngül yaralanıb.
Polis yerli vaxtla saat 02.45-də Longericher küçəsində baş verən partlayışla bağlı heç bir məlumat paylaşmasa da, yerli media 2 nəfərin yüngül xəsarət aldığını, bina sakinlərinin təxliyə edildiyini bildirib.
Ərazi sakinlərindən alınan məlumata görə, əvvəlcə partlayış səsi eşidilib, partlayış nəticəsində şüşələri sınmış, külli miqdarda ziyan dəymiş kafedə yanğın baş verib, polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Sentyabrın 16-da Kölndə baş verən oxşar partlayışda Türkiyəyə məxsus əyləncə məkanında işləyən təmizlik işçisi yaralanıb.
Saat 06:00 radələrində Hohenzollernrinq küçəsində baş verən partlayışla bağlı binanın təhlükəsizlik kamerası görüntülərində bir nəfərin binanın girişində çanta və qutu qoyub getdiyi və partlayışın dərhal baş verdiyi görülüb. Hadisə ilə bağlı aparılan araşdırmada polis fotoşəkilləri yayımlanan şübhəlinin axtarışına başlayıb və yerli əhalidən kömək istəyib.
Eyni zamanda sentyabrın 18-də Kölndə geyim mağazasının qarşısında baş verən partlayışda bir nəfər yüngül xəsarət alıb.
Mənbə: TGRT