21 C
Baku
15 Mart 2025, 16:01
Baş xəbərDünya

Almaniyada 19 türk əsilli namizəd parlament kürsüsünə oturdu

Almaniyada dünən keçirilən ümumi seçkilərdə 19 türk əsilli namizəd Bundestaqa deputat kimi daxil olmaq hüququ qazanıb.

Almaniyada keçirilən ümumi seçkilərin müvəqqəti rəsmi nəticələrinə görə, 21-ci dövr üçün Bundestaqda türk əsilli 19 deputat fəaliyyət göstərəcək.

Türk əsilli üzvlər seçən partiyalar Sosial Demokrat Partiyası (SPD) 7, Sol Parti (Die Linke) 7, Xristian Demokrat Partiyası (CDU) 2, Yaşıllar (Grüne) 2 və Xristian Sosial Birlik Partiyası (CSU) 1 olub.

Hakan Dəmir, Metin Hakverdi, Macit Karaahmetoğlu, Mahmut Özdemir, Aydan Özoğuz, Derya Türk Naçbaur və Serdar Yüksel SPD-dən parlamentə seçilən adlar olub.

Sol Partiyadan Gökay Akbulut, Ateş Gürpınar, Ferat Koçak, Cansın Köktürk, Cansu Özdemir, Cem Hamit İnce və Mirze Edis, CDU-dan Serap Güler və Tijen Ataoğlu, Yaşıllardan isə Ayşe Asar və Filiz Polat millət vəkili seçilib.

CSU-dan Hülya Düber partiyanın ilk türk əsilli millət vəkili oldu.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

Qurani-Kərimi yandıran deportasiya olunacaq

İntizar Əmirova

Suyun miqdarı azaldı, 325 ton balıq tələf oldu

Bugün TV

Martın 17-də gözlənilən hava şəraiti

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu