Minlərlə insan Vilmersdorf metro stansiyası yaxınlığında toplaşaraq sionist rejimin Qəzzəyə hücumlarına və Almaniyanın sionist rejimə silah tədarük etməsinə etiraz olaraq yürüş keçirib.
Qəzzadakı soyqırımın dayandırılmasını istədiklərini bildirən nümayişçilər “Almaniya bunu maliyyələşdirir, İsrail öldürür”, “Atəşkəs dərhal, Fələstinə azadlıq”, “Soyqırımı dayandırın” kimi reaksiyalarını bildiriblər.
Çıxışlarda Almaniyanın işğalçı rejimə silah verməklə hərbi cinayətə şərik olduğu bildirilib.
Mənbə: İLKHA
