3 C
Baku
15 Dekabr 2025, 0:22
Baş xəbərDünya

Almaniyada ictimai rəy sorğusu CDU/CSU blokunun reytinqinin aşağı düşdüyünü göstərdi

Bugun.tv xəbər verir ki, “Insa” İnstitutunun “Bild” qəzetinin sifarişi ilə apardığı rəy sorğusuna qatılanların 25 faizi Xristian blokuna dəstəyini ifadə edib. Bu, son üç ayda ən aşağı nəticədir. Belə ki, iyunda Birliyə 28 faiz səviyyəsində dəstək ifadə olunmuşdu. CDU/CSU bu göstərici ilə ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası ilə eyni dəstəyə sahibdir. Koalisiya hökumətinin tərəfdaşı Sosial Demokratlar Partiyasının (SPD) dəstəyi 15 faiz səviyyəsində qalıb. “Yaşıllar”ın reytinqi isə 11 faiz olub. Sol partiyanı dəstəkləyənlərin sayı 2 faiz artaraq 11 faizə yüksəlib və “Yaşıllar”la eyni mövqeyə çatıb. Sahra Vaqenknext İttifaqı (BSW) 4 faiz, Azad Demokratik Partiya (FDP) 3 faiz dəstəyə sahibdir. Rəyi soruşulanların cəmi 6 faizi digər kiçik partiyaları dəstəklədiyini ifadə edib.

Bugün TV

Oxşar xəbərlər

Fevralın 28-də gözlənilən hava şəraiti

Aynur Camal

‘Çipin qədər danışın’ dövrü Çin və ABŞ niyə bir-birini yeyir?

Aynur Camal

Çay istehsalçısı: “Bizim çayı koronavirusun dərmanı belə hesab etmək olar”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu