19 C
Baku
12 Oktyabr 2025, 11:59
Dünya

Almaniyada İkinci Dünya Müharibəsi bomba qorxusu: 10.000 insan təxliyə edildi

Almaniyanın paytaxtı Berlində İkinci Dünya Müharibəsindən qalma bombanın tapılması səbəbindən təxminən 10 min insanın evlərindən təxliyə edildiyi bildirilib.

Berlin polisi şəhərin Şpre çayında 3 metr dərinlikdə İkinci Dünya Müharibəsi dövrünə aid bombanın tapıldığını qeyd edən açıqlama yayıb.

Açıqlamada bölgədə yaşayan təxminən 10 min insanın təhlükəsizlik səbəbi ilə evlərindən təxliyə edildiyi bildirilib.

Təxliyyədən sonra aparılan yoxlama nəticəsində partlamamış bombanın heç bir təhlükə olmadığı və çaydan çıxarılaraq məhv ediləcəyi müəyyən edilib. Açıqlamada əlavə edilib ki, bombanın yerləşdiyi yerin ətrafında təxminən 500 metr ərazi 12 saat ərzində yol və çay trafikinə bağlanıb.

Bəyanatda təxliyə edilən sakinlərin evlərinə qayıda biləcəyi açıqlanıb.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Ermənistanın baş naziri Fransa Prezidentinə zəng edib

Aynur Camal

Trampın əleyhdarları aksiya keçiriblər

Nigar Məmmədova

Baş məşqçi vəzifəsini zəlzələdən zərər çəkən uşağa təhvil verdi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu