Bugun.tv xəbər verir ki, bu göstəricilər Federal Statistika İdarəsinin hesabatında qeyd olunub. İyul və iyun aylarında inflyasiya 2 faiz təşkil edib. İyulla müqayisədə istehlak qiymətləri yalnız 0,1 faiz yüksəlib. Enerji məhsulları ötən ilin eyni ayına nisbətən 2,4 faiz ucuzlaşıb. Artım xidmət sektoru üzrə 3,1 faiz, qida məhsullarında 2,5 faiz təşkil edib. Qida məhsulları və enerji istisna olmaqla hesablanan əsas inflyasiya səviyyəsi sabit qalıb – 2,7 faiz. Avropa Mərkəzi Bankının müəyyənləşdirdiyi inflyasiya hədəfi 2 faizdir.
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri