15 C
Baku
27 Oktyabr 2025, 6:45
Baş xəbərDünya

Almaniyada leysan yağışlar və daşqınlar səbəbindən vətəndaşlar evlərindən təxliyə edildi

Almaniyanın Aşağı Saksoniya və Türingiya əyalətlərində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində bəzi yaşayış məntəqələrində vətəndaşlar evlərindən təxliyə edilib.

Bugun.tv xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərlərə görə, son günlər yağan leysan yağışlar nəticəsində yaranan sel və çaylarda suyun səviyyəsinin artması həyata mənfi təsir edib.

Aşağı Saksoniyanın Rinteln şəhərində daşqınlar səbəbindən 100-dən çox insan, Türingiyanın Vindehauzen qəsəbəsində isə təxminən 400 adam evindən təxliyə olunub.

Bölgədəki vəziyyətin təhlükəli olduğu bildirilir və əhalinin ərazini tərk etməsi məsləhət görülür.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Minlərlə uşaq aclıqdan ölə bilər

Aynur Camal

12 ev yandı – FOTOLAR

Kəmalə Sultan

Pirat daşıma həyata keçirən mikroavtobus sürücüsünə 42 min lirə cərimə kəsildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu