21 C
Baku
11 İyun 2025, 2:11
Baş xəbərDünya

Almaniyada növbəti məscidə hücum olub

Bugun.tv xəbər verir ki, Almaniyada məscidlərə hücumlar davam edir. Ötən gecə naməlum şəxs və ya şəxslər İslam İcması Milli Gorus Hannover Mərkəzi məscidinə molotof kokteyli ilə hücum edib.

Hücumla bağlı məlumatı İslam İcması Milli Fikir Təşkilatının sədri Kamal Ergün paylaşıb.

Ergün, dünən gecə naməlum şəxs və ya şəxslərin Hannover Mərkəzi Məscidinə molotof kokteyli ilə hücum etdiyini bildirib.

Hücumda məscidin aşağı mərtəbəsindəki restoranın şüşələri sındırılıb, çöldəki oturacaq qrupları yandırılıb.

“Biz bir məbədə edilən bu hücumu ən sərt şəkildə qınayırıq” dedi Ergün.

O, hücumun tez bir zamanda aydınlaşdırılması və cinayətkarların qanun qarşısında cavab verməsi üçün hadisəni izləyəcəklərini bildirib.

2022-ci ildə Almaniyada 35 hücumda məscidlər birbaşa hədəfə alınıb.

Nəhayət, mayın 9-da DİTİB Drezden Fatih məscidinə hücum edilib və müqəddəs kitabların olduğu hissə yandırılıb.

Aynur Camal

Oxşar xəbərlər

Rusiya almazlarına sanksiya tətbiq edildi

Aynur Camal

Narkotik əməliyyatı oldu: 6 nəfər nəzarətə alındı

Bugün TV

İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatıb

Sevinc Sadıqova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu