16 C
Baku
11 Oktyabr 2025, 23:58
DünyaHadisə

Almaniyanın Münhen şəhərində partlayışlar və atəş səsləri qeydə alındı

Münhenin şimalında səhər saatlarından polis və yanğınsöndürənlərin iştirak etdiyi genişmiqyaslı əməliyyat davam edir. Əraziyə xüsusi əməliyyat qrupları və bomba zərərsizləşdirilməsi üzrə mütəxəssislər də göndərilib. Polis hadisənin Oktoberfestlə əlaqəli ola biləcəyinə inanır. Dünyanın ən böyük festivallarından biri olan Oktoberfest təhlükəsizlik səbəbiylə bağlanıb.

BILD-nin məlumatına görə, şəhərdə çoxsaylı partlayışlar baş verib, atışma səsləri də eşidilib.

Yanğınsöndürmə bölməsinə səhər saat 4:40 radələrində daxil olan ilk zəng evdə yanğınla bağlı olub. Hadisə yerinə çatdıqdan az sonra partlayışlarla bağlı daha çox zənglər edilib. Avtobusun tamamilə dağıldığı, ətrafın köpüklə örtüldüyü bildirilir.

Lerchenauer gölü yaxınlığında kişi meyiti tapılıb. Polis həmin şəxsin evə partlayıcı yerləşdirdiyini və sonra yanğına qəsd etdiyini açıqlayıb.

BILD xəbər verir ki, sözügedən ev mərhumun valideynlərinə məxsus olub. Cəsədin üzərində tapılan kürək çantasında başqa bir partlayıcının olması ehtimalı səbəbiylə bölgəyə bomba məhv etmə qrupları sövq edilib. Hadisədən sonra bir nəfərin itkin düşdüyü bildirildi, lakin ictimai təhlükəsizliyə təhlükə yaratmayıb.

Polis hadisənin Oktoberfestlə əlaqəsini araşdırır.

Münhen meri Diter Reiterin sözlərinə görə, hadisə ilə əlaqəli olduğu güman edilən məktub tapılıb. Səlahiyyətlilər riski istisna edə bilməyəcəklərini və festival meydanlarının bağlı qalacağını açıqladılar.

Geniş Təhlükəsizlik tədbirləri

Hadisənin baş verdiyi Lerchenauer Straße geniş ərazidə nəqliyyata bağlanıb. Polis sakinləri ərazidən uzaq durmağa çağırıb.

Yaxınlıqdakı Toni-Pfülfdəki ibtidai və orta məktəblər də təhlükəsizlik səbəbi ilə gün ərzində bağlı qalacaq. Bölgədə yanğınsöndürmə və polis əməliyyatlarını davam etdirir, adam öldürmə qrupları da araşdırma aparır.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

6 əyalətində daşqın xəbərdarlığı edildi

Aynur Camal

Rusiya XİN Paşinyanın KTMT ilə bağlı iddialarına cavab verdi

Kəmalə Sultan

Avtomobil körpüdən düşdü: 1 ölü, 1 yaralı var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu