27 C
Baku
27 İyun 2025, 19:45
Baş xəbərDünya

Almaniyanın xarici işlər naziri Baerbok Qəzzanı “fəlakət” adlandırdı

Almaniyanın xarici işlər naziri Annalena Baerbok İsrailin hücumlarını davam etdirdiyi Qəzzadakı vəziyyəti “fəlakətli” adlandırıb.

Baerbok Lüksemburqda keçirilən Avropa İttifaqı (Aİ) Xarici İşlər Nazirləri Toplantısı öncəsi jurnalistlərə açıqlama verib.

Dünyadakı fırtınalı vəziyyətin ortaq Avropa xarici siyasət yanaşmasının nə qədər əhəmiyyətli olduğunu göstərdiyini bildirən Baerbok bunun xüsusilə Yaxın Şərqlə bağlı ortaq mövqe üçün doğru olduğunu bildirib.

“Qəzzada vəziyyət yenidən fəlakətə çevrilib”. Baerbok hələ də çox sayda əsir qaçırıldığını və Qəzzadakı insanların acılarını insan dili ilə ifadə etməyin hələ də çətin olduğunu vurğulayıb.

Baerbok bütün məhbusların azad edilməsi və 2 milyon fələstinlinin yenidən ləyaqətlə yaşaya bilməsi üçün atəşkəsin dərhal bərpa edilməli olduğunu vurğulayıb

UKRAYNADA VƏZİYYƏT

Baerbok Ukraynadakı hadisələri də şərh edərək, “Sumiyə edilən dəhşətli hücum Rusiya prezidentinin Ukraynanı məhv etməyə davam etmək və beləliklə də Avropa sülhünə hücum etmək istədiyini açıq şəkildə göstərir” deyib.

Baerbock, sülh istəyənlərin Ukraynanı qoruması və dəstəkləməsi lazım olduğuna, bu ölkəni qorumaq və dəstəkləməyin “sülh siyasəti” olduğuna diqqət çəkib.

Avropada sülhün ancaq birlikdə güclü olsaq qoruna biləcəyini qeyd edən Baerbok, “Ukraynaya dəstəyi dayandırsaq, təcavüzkar daha da güclənəcək” deyə ifadələrdən istifadə edib.

Baerbok bəzi AB ölkələrinin Ukraynaya 2 milyon güllə verməyi planlaşdırdıqlarını xatırladıb və Almaniyanın bu məbləğin dörddə birini verəcəyi məlumatını paylaşıb.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

Pilotsuz uçuş aparatları kursunu bitirənlərə sertifikatlar təqdim olunub

Aynur Camal

“Bilimdən Zəfərə” layihəsi bu dəfə Tovuzda 

Aynur Camal

19 may Ulu Öndər Mustafa Kamal Atatürkü anma günüdür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu