34 C
Baku
26 İyul 2025, 20:46
Baş xəbərDünya

Almanların əksəriyyəti İsrailə hərbi dəstəyin əleyhinədir

Almaniyada aparılan sorğu nəticəsində məlum olub ki, ictimaiyyətin əksəriyyəti Almaniyanın İsrailə hərbi dəstəyinin əleyhinədir. Körber Fondu almanların xarici siyasətə münasibəti ilə bağlı “Berlin impulsu” adlı sorğusunun nəticələrini dərc edib.

Müvafiq olaraq, sorğuda iştirak edənlərin 70 faizi İsrailə hərbi dəstəyin əleyhinə çıxıb.

İştirakçıların 87 faizi Almaniyanın Qəzzaya humanitar yardım göstərməsini istəsə də, 64 faizi Almaniyanın İsraillə HƏMAS arasında vasitəçilik etməsini müdafiə edib.

Rəyi soruşulanların 57 faizi Almaniyanın Ukraynaya hərbi dəstək verməsini istəyir. Bu göstərici bir il əvvəl 66 faiz idi.

İştirakçıların 79 faizi Donald Trampın ABŞ-da prezident seçilməsinin Almaniya ilə ABŞ arasındakı münasibətlərə mənfi təsir edəcəyini bildirərkən, 47 faizi ABŞ-ın Almaniyanın ən mühüm tərəfdaşı olduğunu bildirib.

İfrat sağ populist Almaniya üçün Alternativ (AfD) Partiyasının yüksəlişinin Almaniyanın qlobal reputasiyasına mənfi təsir göstərdiyini düşünənlərin nisbəti yüzdə 69 olub.

Sorğuda iştirak edənlərin 46 faizi Almaniyanın beynəlxalq böhranlarda daha çox iştirak etməli olduğunu müdafiə edir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Fevralın 19-da gözlənilən hava şəraiti

Aynur Camal

Kabildə məscidin partlaması nəticəsində ölənlərin sayı 21-ə çatıb

Bugün TV

Nazir İsrailə “siz soyqırım törətmisiniz” dedi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu