İndoneziyada Dukono vulkanına dırmaşan alpinistlər ölüm ayağından qayıdıblar. Dağa qalxma zamanı vulkan aktivləşib və partlayış baş verib. Bu zaman alpinistlər qaçıblar.
İndoneziyanın Halmahera adasının şimalında yerləşən Dukono vulkanında püskürmə baş verib. Püskürmə zamanı vulkanın üstünə çıxan alpinistlər o qorxulu anlardan ucuz şəkildə xilas olublar. Partlayışla birlikdə krater parçaları ətrafa səpələnib.
Partlayış nəticəsində vulkan təxminən 2,4 kilometr hündürlüyə kül və tüstü səpdi. Partlayışdan sonra səmanı nəhəng tüstü buludu bürüdü. Yerli mənbələrin məlumatına görə, alpinistlər xəsarət almadan xilas olublar.
Hadisənin görüntülərini lentə alan Anak Esa açıqlamasında baş verənləri bu sözlərlə izah edib:
”Dukononun vulkanik fəaliyyəti o qədər yüksək idi ki, kraterdən parçalar səpələnmişdi. Zirvəyə qalxmazdan əvvəl küləyin istiqamətini, partlayışın nə qədər güclü olduğunu və digər amilləri müşahidə etməliyik. “Şərtlər uyğun olmayanda zirvəyə qalxmağa çalışmayın.”
Dukono vulkanı 1993-cü ildən bəri kül və tüstü püskürür.
Mənbə: TGRT