18 C
Baku
27 Aprel 2026, 12:20
Dünya

Altı ölkə Qrenlandiyaya hərbi qüvvə göndərir

Almaniya, Fransa, İsveç, Norveç, həmçinin Niderland və Kanada Trampın hədələri fonunda Qrenlandiyaya hərbi qüvvə göndərir

ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı təhdidləri fonunda Avropanın bir sıra ölkələri adanın müdafiəsini gücləndirmək üçün hərbi kontingent göndərir.

Almaniya Danimarkanın dəvəti ilə Qrenlandiyanın paytaxtı Nuuk şəhərinə 13 hərbçi göndərib. Berlin məqsədin dəniz müşahidəsi daxil olmaqla regionda təhlükəsizliyin təminində mümkün iştirak imkanlarını öyrənmək olduğunu açıqlayıb. Norveç iki hərbçi, İsveç isə bir neçə zabit göndərdiyini bildirib. Fransa da Avropa hərbi missiyasında iştirak edəcəyini təsdiqləyib.

Danimarka Müdafiə Nazirliyi Qrenlandiyada və ətraf bölgədə hərbi mövcudluğun artırılacağını, aviasiya, gəmilər və NATO müttəfiqlərinin də iştirak etdiyi təlimlərin keçiriləcəyini açıqlayıb. Məşqlər “Arktik Mühafizə” əməliyyatı çərçivəsində aparılır.

Məqsəd Arktika regionunda təhlükəsizliyi gücləndirmək, ABŞ-la yaranan gərginliyi azaltmaqdır.

Tramp daha əvvəl Qrenlandiyanın ABŞ üçün strateji əhəmiyyət daşıdığını iddia edib, adanın alınması və hətta güc tətbiqi ehtimalını dilə gətirib. Bu bəyanatlar Avropada və NATO daxilində tənqid olunub.

Qrenlandiya hökumətinin başçısı adanın ABŞ-ın tərkibinə daxil olmaq istəmədiyini, Danimarka ilə qalmağı seçdiyini bildirib. Avropa ölkələri isə Qrenlandiyanın taleyinin yalnız ada sakinləri tərəfindən müəyyən edilməli olduğunu vurğulayıb.

Qrenlandiya Danimarka Krallığının tərkibində muxtar ərazidir, daxili idarəetmədə geniş səlahiyyətlərə malikdir, xarici siyasət və müdafiə məsələləri isə Kopenhagenin səlahiyyətində qalır.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu