16 C
Baku
17 Oktyabr 2025, 1:32
Dünya

Amazon İsrail razılaşmasını tənqid edən işçisini işdən çıxarır

Amazon, şirkətin İsraillə 1,2 milyard dollarlıq müqaviləsini açıq şəkildə tənqid etdikdən sonra proqram mühəndisi Əhməd Şahruru işdən çıxardığını təsdiqləyib.

Seattle-da Whole Foods-da işləyən Şahrur, sentyabr ayında Project Nimbus adlı layihə çərçivəsində Amazonun İsrail hökumətinə bulud və süni intellekt infrastrukturu təqdim etməsini tənqid edib.

Şəhrur Amazon-un mərkəzi ofisi qarşısında keçirilən etiraz aksiyalarına qatılıb və flayerlər paylayıb.

Amazon-un insan resursları departamentindən bir e-poçt məktubunda, “İşdən çıxma prosesi və son əmək haqqının ödənilməsi ilə bağlı ətraflı məlumat sizə təqdim ediləcək” deyib və Şahrura şirkətə verdiyi töhfələrə görə təşəkkür edib.

Şirkət “Siyasət pozuntusunu” müdafiə edir

Amazon, Şahrurun “İsrail-Fələstin münaqişəsi ilə bağlı işlə bağlı olmayan mesajları” paylaşmaq üçün şirkət resurslarından istifadə edərək daxili siyasəti pozduğunu iddia etdi.

Şirkətin sözçüsü Brad Glasser, “Bizim hər hansı ayrı-seçkilik, təqib və ya hədələyici davranışa sıfır dözümlüyümüz var. Belə hallarda müvafiq tədbirlər görəcəyik” deyib.

“Fələstinlilərin səslərini susdurmaq cəhdi”

Beş həftəlik fasilədən sonra vəzifəsindən uzaqlaşdırılan Şahrur işdən çıxarılmasını “Amazon daxilində Fələstin səslərini susdurmaq üçün açıq-aydın bir qisas aktı” kimi qiymətləndirdi. CNBC-yə danışan işçi qrupu, Şahrurun Project Nimbus müqaviləsini “Qəzzada soyqırımda iştirak” kimi qiymətləndirdiyini söyləyib

Texnologiya nəhənglərində artan reaksiyalar

Şahrurun işdən çıxarılması texnoloji sektorda hökumətlərlə edilən mübahisəli razılaşmalara işçilərin artan reaksiyası fonunda baş verir.

Microsoft-un mühəndisi oxşar səbəblərdən istefa verdi, Google isə Project Nimbus etirazlarında iştirak edən onlarla işçini işdən çıxardı.

Tənqidçilər iddia edirlər ki, Amazon və Google birgə layihəsi İsrail ordusuna hərbi potensial təmin edə bilər. Bununla belə, şirkətlər öz xidmətlərinin yalnız kommersiya və ictimai İT ehtiyaclarına cavab verdiyini iddia edirlər.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Alimlər niyə bəzən qaranlıqda kiminsə varlığını hiss etdiyimizi kəşf etdilər

Aynur Camal

Burkina-Faso fransız dilinin statusunu işçi dilə dəyişdi

İntizar Əmirova

İmmuniteti və dəri sağlamlığını dəstəkləyən aloe vera faydaları

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu