20 C
Baku
15 Sentyabr 2025, 21:20
Siyasət

Amerika hələlik F-16 qırıcılarını Ukraynaya göndərmək fikrində deyil

Co Bayden

ABŞ prezidenti deyib ki, Ukraynanın hazırda F-16 qırıcılarına ehtiyacı yoxdur. Ona görə də onların Kiyevə verilməsini hələlik ləngidir.

Bugun.tv xəbər verir ki, Bayden ABC televiziyasına müsahibəsində bunu bildirib.

O, əlavə edib ki, hazırda Ukraynaya HIMARS da daxil olmaqla tanklar, artilleriya, hava hücumundan müdafiə vasitələri lazımdır.

“İndi biz Ukraynanın hazırda ehtiyac duyduğu şeyləri verməliyik. Bunu qazanc əldə edə biləcək bir vəziyyətə gətirmək üçün göndəririk”,- o qeyd edib.

O, ABŞ-ın gələcəkdə Kiyevə F-16-ları təhvil verib-verməməsi sualına belə cavab verib. “Mən uzun müddət ərzində Ukraynanın müdafiə ehtiyaclarını proqnozlaşdıra bilmərəm”.

Nigar Məmmədova

Oxşar xəbərlər

Ukraynada üç deputatın səlahiyyətlərinə xitam verildi

Nigar Məmmədova

İrandan İsveçə sərt reaksiya!  

Bugün TV

Reklam istehsalçıları və media nümayəndələrinə çağırış olundu – FOTOLAR

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu