ABŞ prezidenti deyib ki, Ukraynanın hazırda F-16 qırıcılarına ehtiyacı yoxdur. Ona görə də onların Kiyevə verilməsini hələlik ləngidir.
Bugun.tv xəbər verir ki, Bayden ABC televiziyasına müsahibəsində bunu bildirib.
O, əlavə edib ki, hazırda Ukraynaya HIMARS da daxil olmaqla tanklar, artilleriya, hava hücumundan müdafiə vasitələri lazımdır.
“İndi biz Ukraynanın hazırda ehtiyac duyduğu şeyləri verməliyik. Bunu qazanc əldə edə biləcək bir vəziyyətə gətirmək üçün göndəririk”,- o qeyd edib.
O, ABŞ-ın gələcəkdə Kiyevə F-16-ları təhvil verib-verməməsi sualına belə cavab verib. “Mən uzun müddət ərzində Ukraynanın müdafiə ehtiyaclarını proqnozlaşdıra bilmərəm”.