28 C
Baku
10 Sentyabr 2025, 18:38
Baş xəbərDünya

Amerika peyki Kiyev bölgəsinə düşdü

Amerikanın RHESSI peykinin Kiyev bölgəsinə düşməsi ilə bağlı xəbərlər etibarsızdır, qurğu hələ də orbitdədir.

Bugun.tv xəbər verir ki, bu barədə NASA RİA Novosti-yə bildirib.

Ötən gecə Ukrayna paytaxtının sakinləri şəbəkəyə naməlum obyektin düşməsi və parlaq parıltının videolarını yükləyiblər. Ölkə prezidentinin kabinetində bunu hava hücumundan müdafiə işi adlandırıblar.

Bu, NASA tərəfindən 21 il əvvəl orbitə buraxılan RHESSI peykidir.

“Kiyev üzərində səmada parlayan bu peyk narahatlığa səbəb olsada, onun düşməsi hələki gözlənilmir. Biz hazırda orbitdə qalan RHESSI adlı peyki izləyirik”, – NASA bildirib.

Agentliyin nümayəndəsi qeyd edib ki, NASA Pentaqonla birlikdə bu peyki “endirir”. Aparatın bu gün Yer atmosferinə daxil olacağı gözlənilirdi. Əməliyyatın başa çatması barədə hələ məlumat verilməyib.

Mənbə: gazeta.ru

Aynur Camal

Oxşar xəbərlər

Bu daş satılır! Onu taxdıqdan sonra libidonuz yüksəlir

Aynur Camal

İstanbulun yenidən qurulması layihəsinə start verildi

Teymur Əziz

Laçında zirvə görüşü – yeni geosiyasi nizamın rəsmi elanı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu