25 C
Baku
10 Sentyabr 2025, 11:06
Baş xəbərDünya

Amerika səfirliyinin əməkdaşlarınahücum nəticəsində ölənlərin sayı 7-yə çatıb

Bugun.tv xəbər verir ki, Nigeriyanın cənub-şərqindəki Anambra əyalətində ABŞ səfirliyinin əməkdaşlarına silahlı hücum nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

Anambra Əyalətinin Polis rəisi Echeng Echeng mətbuat mənsublarına verdiyi açıqlamada mayın 16-da Oqbaru bölgəsində ABŞ işçilərini hədəf alan hücumda həyatını itirənlərin sayının 7-yə yüksəldiyini bildirib.

Eçenq bildirib ki, 2 nəfər hələ də itkin düşüb.

Hücumdan sonra Biafranın Yerli Xalqları (IPOB) terror təşkilatına qarşı əməliyyat keçirildiyini bildirən Eçenq, 2 İPOB üzvünün nəzarətə alındığını bildirib.

İlkin məlumata görə, humanitar yardım fəaliyyəti üçün Anambra əyalətinə gedən ABŞ səfirliyinin əməkdaşlarının Oqbaru bölgəsinə hücumu nəticəsində 2 ABŞ səfirliyinin yerli əməkdaşı və 2 polis əməkdaşı həlak olub.

Prezident Buhari hücumu pisləyib və günahkarların ədalət qarşısında cavab verəcəyini vəd edib.

Hələlik heç kim hücumu üzərinə götürməsə də, bu cür hücumlar zaman-zaman IPOB tərəfindən təşkil edildiyi bildirilib.

Xatırladaq ki, 1967-ci ildə Biafra əhalisi Nigeriyanın cənubunda müstəqil Biafra dövlətinin yaradılması tələbi ilə ayağa qalxdıqda başlayan vətəndaş müharibəsində milyonlarla insan həlak oldu. Elə həmin ildə ölkənin cənub-şərqində qurulan Biafra Respublikası vətəndaş müharibəsinin sonunda yenidən Nigeriyanın suverenliyinə keçdi.

Aynur Camal

Oxşar xəbərlər

Rusiya ordusu Ukraynada binaları vurdu, 8 nəfər öldü

Nigar Məmmədova

Röyal Ağa və Xəyalə Kəngərlidən Möhtəşəm Klip Təqdimatı

Aynur Camal

ABŞ-ın İstanbuldakı Baş Konsulluğundan LGBT-yə dəstək – FOTO

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu