Kanalları ilə məşhur olan İtaliyanın Venesiya şəhərində Amazon qurucusu və amerikalı milyarder iş adamı Ceff Bezos və ortağı Lauren Sançesin toy mərasimi etiraz edilib.
Amazon qurucusu və amerikalı milyarder Ceff Bezosun kanalları ilə məşhur olan İtaliyanın Venesiyada ortağı Lauren Sanchez ilə planlaşdırdığı toy şəhərdə etirazlarla qarşılanır.
Məşhur iş adamının sabah və ya şənbə günü keçirilməsi gözlənilən toyu yaxınlaşdıqca şəhərdə gərginlik də artır.
Toya qarşı çıxanlar hər gün yeni etirazlara imza atarkən, Bezos-Sanchez cütlüyünün qonaqları tarixi şəhərə gəlməyə başlayıb.
İtaliya mətbuatında çıxan xəbərlərə görə, təxminən 20 nəfərlik qrup Venesiyanın məşhur Müqəddəs Mark meydanında günorta saatlarında Ceff Bezosun toyuna etiraz edib.
ABŞ milyarderinə qarşı imzalar tutan və Qəzzada sülhə çağıran qrup, “həddindən artıq var-dövlət nümayişi” olaraq xarakterizə etdikləri toy təşkilatını qınayıb.
Qrupda olan gənc oğlan və qadın meydandakı bayraq dirəklərinə dırmaşmaq istəyəndə polislər müdaxilə edib.
Etirazçılar yerə uzanaraq passiv müqavimət göstərməyə çalışsalar da, polis onları ərazidən uzaqlaşdırıb.
Bu arada toya qatılacaq məşhurlar da Venesiyaya gəlməyə başlayıb.
ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp və ailəsi, eləcə də Kim Kardaşyanın şəhərə gələcəyi, Leonardo Di Kaprio, Opra Uinfri və Robert Pattinson kimi məşhurların da gələcəyi gözlənilir. Toyda ümumilikdə 250 qonağın iştirakı gözlənilir.
İyunun 23-də Venesiyada Greenpeace Italia və Britaniyanın “Everyone Hates Elon” qrupu Müqəddəs Mark meydanında Bezosun fotosu və “Toyunuz üçün Venesiyanı icarəyə götürə bilsəniz, daha çox vergi də ödəyə bilərsiniz” sözləri yazılmış 400 kvadratmetrlik pankart asması ilə daha bir etiraz aksiyası keçirilib.
Ötən həftə Venesiyada “Bezosa yer yoxdur” adlı etiraz hərəkatı da şəhərin məşhur Böyük Kanalı üzərindəki Rialto körpüsünə pankartlar asaraq toya etiraz etmişdi.
Şəhərin müxtəlif yerlərində ilin toyu kimi tanınan bu təşkilata qarşı “Bezosun Venesiyada toyu? Xeyr” və “Bezos və oliqarxlara yer yoxdur” yazılan plakatlar asılmışdı.
Şəhərdə toyun əleyhinə olanlar olsa da, Venesiya meri Luici Brugnaro Bezosun toy yeri olaraq onların şəhərini seçməsindən məmnun olduğunu və bu ideyanı dəstəklədiyini bildirib.
Mənbə: HurriYet