İsrailin hücumları altında Fələstin üçün hər gün dua etdiyini və sülhün ən böyük arzusu olduğunu bildirən məşhur amerikalı müğənni Lana Del Rey hücumlarda günahsız mülki insanların həyatını itirməsini seyr etməyin çətin olduğunu bildirib.
İsrail ordusunun Qəzzaya hücumları nəticəsində 60 minə yaxın insan həyatını itirib…
İsrailin mühasirəyə aldığı Qəzzada humanitar böhran yaşanır.
Dünya bu soyqırım və blokada siyasətlərinə reaksiya verməkdə davam edir.
Bu vəziyyətə səssiz qalmayanlardan biri də amerikalı, dünya şöhrətli müğənni Lana Del Reydir..
İnstaqramda paylaşdığı paylaşıma şərh yazan Lana Del Rey Fələstinə dəstək bəyanatı ilə diqqət çəkib.
Hücumları yaxından izlədiyini bildirən Del Rey, “Hər gün Fələstin üçün dua edirəm və sülh mənim ən böyük arzumdur” deyib.
“Sülh razılaşması yaxınlaşanda böyük ümidim vardı” deyən sənətçi, hücumlarda günahsız mülki insanların həyatını itirməsini “izləmənin çətin” olduğunu vurğulayıb.
Del Rey atəşkəsə ümidli olduğunu deyib və əlavə edib: “Bu, uzun müddətdir davam edən münaqişədir və heç bir həll yolu tapılmaması olduqca kədərlidir”.
Mənbə: EnSonHaber