20 C
Baku
28 İyun 2025, 2:16
Digər

Amerikanın ən böyük zərgərlik oğurluğu ifşa olundu

ABŞ-dakı federal prokurorluğun məlumatına görə, şübhəlilər 2022-ci ilin iyul ayında zirehli yük maşınından təxminən 100 milyon dollar dəyərində qızıl, brilyant, yaqut, zümrüd və dəbdəbəli saatlar oğurlayıblar.

ABŞ-ın Los-Anceles şəhərində böyük zərgərlik oğurluğu faktının üstü açılıb.

ABŞ-da 7 nəfər ölkə tarixində ən böyük zərgərlik oğurluğu törətməkdə ittiham olunub.

Kaliforniya Orta Dairə Prokurorluğu, şübhəlilərin keçən həftə iki ayrı cinayətdə ittiham olunduğunu açıqlayıb.

Şübhəlilərin adları da açıqlanıb

Karlos Viktor Mestanza Serkado, 31

Jazael Padilla Resto, 36

Pablo Raul Luqo Larroiq, 41

Viktor Hüqo Valensiya Solorzano, 60

Xorxe Enrike Alban, 33

Ceson Nelon Presilla Flores, 42

Eduardo Macias Ibarra, 36

Prokurorluğun məlumatına görə, bu adlardan beşi də “ticarətə mane olmaq məqsədi ilə quldurluq” maddəsi ilə ittiham olunur. Şübhəlilərdən biri olan Padillanın artıq Arizona ştatında oğurluq etdiyi üçün həbsxanada olduğu bildirilir.

İttihama görə, Padilla 8 iyul 2022-ci ildə San-Fransisko yaxınlığındakı San Mateoda keçirilən beynəlxalq zərgərlik sərgisində casusluq edib. İki gün sonra şübhəlilər içərisində 73 çanta qiymətli əşya olan Brinks şirkətinə məxsus zirehli yük maşınının arxasınca düşüblər. Yük maşını mərkəzi ştatın Battonvillou və Los-Ancelesin şimalındakı Lebek şəhərlərində dayanıb. Oğurluq hadisəsi iyulun 11-də baş verib.

Prokurorluq şübhəlilərin yük maşınına necə girdiyini açıqlamayıb. Brinks və prokurorlar şərh tələblərinə cavab vermədi.

Oğurluqdan sonra şübhəlilər oğurlanmış mallarla birlikdə Şərqi Hollivuda gediblər. İttihama görə, şübhəlilər hadisədən sonrakı günlərdə telefonlarını sıradan çıxarıblar.

Prokurorluq bazar ertəsi keçirilən əməliyyatlarda bəzi qızıl-zinət əşyalarının ələ keçirildiyini bildirib. Lakin tapılan malların dəyəri açıqlanmayıb; İtmiş zinət əşyalarının taleyi məlum deyil.

Şübhəlilərin CİNAYƏT DOSYASLARI

Federal hakimiyyət orqanlarının məlumatına görə, eyni şübhəli qrup zərgərlik oğurluğundan əvvəl 2022-ci ildə dövlətlərarası daşınmalardan yüz minlərlə dollar dəyərində Samsung elektronikası və təxminən 60.000 dollar dəyərində Apple AirTag oğurlayıb.

ABŞ tarixində rekord qıran bu soyğunun məhkəməsi yaxın həftələrdə başlayacaq.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Sabah Nigar Rəfibəylinin doğum günüdür

Aynur Camal

Zəlzələdən sonra ciddi ziyan dəymiş binalar söküldü

İntizar Əmirova

Ukraynada yaşayan soydaşlarımız Türkiyəyə yardım etdi-VİDEO

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu