7 C
Baku
22 Dekabr 2025, 6:47
Maraqlı faktlar

Amriş Puri – 93

Bugun.tv – xəbər verir ki, araşdırmaçı jurnalist Anar Tağıyev bu dəfə öz sosial media hesabında Hindistanın dünya üzrə məşhur aktyoru Amriş Puridən yazıb:

“Uşaqlıq illərimizin qorxulu aktyoru, əslində ixtisasca iqtisadçı, xeyriyyəçi olan Amriş Purinin (1932-2005) doğum günüdür. Aktyor özü deyirdi: “Tamaşaçılar elə bilirlər ki, filmlərdə mənfi rol oynayan aktyorlar həyatda da pis insan olurlar. Kinoda işimiz – çəkilişlərimiz bitəndən sonra həyatdakı “pis rol”umuzu oynamağa başlayırıq. Belə ki, bəzən küçələrdə, ictimai yerlərdə bizə yenə pis insan kimi nəzər yetirirlər. Sənə kinodakı işinə görə sağ ol demək əvəzinə nifrətlə yanaşırlar”.

O, uzun illər kinorejissorlardan rədd cavabı alıb, ulduzu 40 yaşından sonra parlayıb, zalım obrazları canlandırsa da, həyatda xeyirxah insan olub, xeyriyyə tədbirlərində iştirak edərək insanlara yardım göstərib, Hollivuda ilk dəvət alan Bollivud aktyoru olub. 50 il ərzində 400 filmə çəkilmiş hind aktyoru, eyni zamanda Hindistanın Əmək Nazirliyinin məsul vəzifəli şəxsi, gəmiçilik biznesi ilə məşğul olub”.

Aynur Camal

Oxşar xəbərlər

Aşkar edilən almazların tərkibində “mümkün olmayan” kimyəvi maddələr çıxdı

Aynur Camal

“Mən bir böcək və hörümçək ovlayacağam”: manul ilə yeni viral mem nə deməkdir?

Aynur Camal

Piton onu tamamilə uddu: Dünya bu qorxulu görüntülərdən danışır!

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu