33 C
Baku
3 Sentyabr 2025, 17:05
Mədəniyyət

Ana əsgər gedirəm

Azərbaycan Texnologiya Universitetinin, Biznesin idarə edilməsi fakültəsinin tələbəsi, gənc şair Hüseyn Rəhimov redaksiyamıza 2020-ci ildə yazdığı “Ana əsgər gedirəm” şerini yollayıb. Qeyd etmək istərdik ki, oxucularımıza təqdim etdiyimiz bu şer gənc şairin ilk qələm yaradıcılığıdır.

Ana əsgər gedirəm

Xeyir dua ver ana
Bu gün əsgər gedirəm.
Sən arxamca ağlama,
Sənə geri dönəcəm.

Bir il yarım nədir ki,
Günlər gəlib keçəcək…
Düşmənə qan uddurub,
Oğlun geri dönəcək.

Şəkillərə baxaraq
İçin-için ağlama.
Qururunu uca tut,
Heç kimə bel bağlama.

Şərəflə xidmət edib
Təşəkkürlər alacam.
Vətənin qarşısında
Başı uca olacam!

Gənc şair: Hüseyn Rəhimov

Bugün TV

Oxşar xəbərlər

İsveçdə “İZ” sənədli filminin təqdimatı olub

Kəmalə Sultan

Gülşad Baxşıyeva:“Bəxt üzüyü -2” filminə dəvət almadım, onlara yalvarmalı idim?

Bugün TV

“Şuşaya Salam ” poeziya layihəsi baş tutub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu