20 C
Baku
14 Oktyabr 2025, 11:26
Sosial

“Ana və Bala” – 7 Sağlamlıq Düşərgəsi

ANA & BALA – 7 Sağlamlıq Düşərgəsi qanın laxtalanma pozğunluğundan əziyyət çəkən uşaqlara və onların ailə üzvlərinə göstərilən müalicə uğurla həyata keçirildi.

19-21 sentyabr 2025-ci il tarixlərində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Azərbaycan Həmkarlar Konfederasiyası, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı və Hemofiliyalı Xəstələr İctimai Birliyinin təşkilatçılığı ilə ANA & BALA – 7 Sağlamlıq Yay Düşərgəsi təşkil edilib.

Bugun.tv-xəbər verir ki, bu barədə məlumatı rəqəmsal məzmun tərtibatçısı Ayaz Əliyev öz sosial media hesabında paylaşıb.

O qeyd edib ki, düşərgənin ilk günü düşərgə iştirakçıları üçün Respublika Klinik Xəstəxanasının hematalogiya şöbəsinin həkim hematoloqu Dr. Ələmdar Cəfərzadə tərəfindən hemofiliya xəstəliyinə müasir yanaşma, ağrının idarə edilməsi mövzusunda seminar keçirilmişdir və sonda müayinələr təşkil olunmuşdur.

Ümumilikdə qanın laxtalanma pozğunluğundan əziyyət çəkən uşaqlara və onların ailə üzvlərinə ANA & BALA 7 Sağlamlıq Düşərgəsi çərçivəsində iştirakçıların asudə vaxtının səmərəli keçirilməsi üçün idman və əyləncəli proqramlar təşkil edildi.

ANA & BALA 7 Sağlamlıq Düşərgəsi pilot layihəsi olaq məqsədi aidiyyati dövlət qurumlarının dəstəyi ilə həssas qruplardan olan əlilliyi olan 18 yaşadək uşaqların sanator kurort müalicəsinə cəlb edilməsi və bu sahənin inkişafının vacibliyini bildirir.

Məqsədimiz biliklərimizi paylaşaraq uşaqların sağlam böyüməsinə dəstək olmaqdır!

 

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 

Hemofiliya Azərbaycan \ Hemophilia Azerbaijan 

Pasiyent Təşkilatları İttifaqı

Aynur Camal

Oxşar xəbərlər

Zəngəzur Dəhlizinin yaxın gələcəkdə açılacağına inanırsınızmı? – Sorğu

Kəmalə Sultan

BMT-də baş katib Antonio Guterreşin iştirakı ilə Vətəndaş Cəmiyyəti nümayəndələrinin görüşü olub

Elnarə Dərziyeva

Los-Ancelesdə tunel çökərək onlarla insanı tələyə saldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu