Maraqlı faktlar

Ana delfin ölmüş balasını altı gün kürəyində daşıdı

Hind okeanında qeydə alınan görüntülər ana delfinin ölmüş balasını altı gün ərzində kürəyində daşıdığını ortaya qoyub. Alimlər bu davranışın delfinlərin güclü emosional bağlılığını və yas reaksiyasını nümayiş etdirdiyini bildirirlər.

Tədqiqatçılar tərəfindən “Fraggle” adı verilən ana delfin həyatını itirmiş balasını suyun üzərində saxlamaq üçün dəfələrlə kürəyinə qaldıraraq üzməyə davam edib. Müşahidələr zamanı 14 delfindən ibarət sürünün də ana delfinin yanından ayrılmadığı qeydə alınıb.

Mütəxəssislərin sözlərinə görə, bu davranış elmdə “epimeletik davranış” adlandırılır və dəniz məməlilərində qayğı və yas reaksiyasının nümunəsi hesab edilir. Belə hallarda ana delfinlər balalarını itirdiklərini dərhal qəbul etmirlər və günlərlə onları özləri ilə daşımağa davam edirlər.

Araşdırmanın rəhbərlərindən Peterson bildirib ki, delfinlər son dərəcə emosional canlılardır və balalarına güclü bağlılıq hissi bəsləyirlər. Onun sözlərinə görə, bəzi ana delfinlər balalarını itirdikdən sonra bir həftəyə qədər yeməkdən belə imtina edə bilirlər.

Alimlər qeyd edirlər ki, bu cür yas davranışı yalnız delfinlərdə deyil, balinalar və orkalar kimi digər dəniz məməlilərində də müşahidə olunur. Bunun ən məşhur nümunələrindən biri 2018-ci ildə ölmüş balasını 17 gün boyunca daşıyan Tahlequah adlı orka olmuşdu.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Alimlər telefonların uşaqlarda oxu bacarığına necə təsir etdiyini müəyyən ediblər

Aynur Camal

Tam günəş tutulması: Otellər iki il əvvəlcədən sifariş edilir

Aynur Camal

Dünyanın ən təhlükəli gölü: İçinə düşən canlıların daşlaşdığı Natron gölü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu