20 C
Baku
9 Sentyabr 2025, 7:11
Baş xəbərSiyasət

Ana dili ingiliscə olan Afrika liderinə Trampdan maraqlı sual

ABŞ prezidenti Donald Tramp Ağ Evdə bir neçə Afrika liderini qəbul edib. Görüş zamanı Tramp Liberiya prezidenti Cozef Boakayın mükəmməl ingilis dilini heyran edib.

Tramp “Çox yaxşı ingilis dili. Çox yaxşı. Bu qədər yaxşı danışmağı haradan öyrənmisən? Təhsil almısan? Harada, Liberiyada?”

Liberiya prezidenti “Bəli” cavabını verib. İngilis dilinin Liberiyanın rəsmi dili olduğu bilinsə də, ölkənin əsası 19-cu əsrin ortalarında ABŞ-da azad edilmiş qulların vətənlərinə qayıtması ilə qoyulub.

“BU HƏFTƏ DEYİLƏSƏ, BƏLKƏ GƏLƏN HƏFTƏ”

ABŞ prezidenti Donald Tramp bildirib ki, İsrailin hücumlarını davam etdirdiyi Qəzzada razılaşma ehtimalı “müəyyən olmasa da, çox yüksəkdir”.

İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşlərində “ən çox Qəzza haqqında danışdıqlarını” ifadə edən Tramp, “Qəzza və üzərində çox işlədiyimiz bütün digər məsələlərlə bağlı qəti heç nə yoxdur, amma razılığa gəlmək, bir növ kompromis əldə etmək şansımız çox yüksəkdir” deyib.

ABŞ prezidenti eyni zamanda Qəzzada atəşkəsin “bu həftə olmasa, bəlkə gələn həftə” baş tutacağına ümidini bölüşdü.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Müxtəlif cinayətlərə görə axtarışda olan 67 nəfər tutuldu

İntizar Əmirova

“Valideynlərin qan qrupu uyğunluğu vacibdir”

Aynur Camal

Yeni YouTube Music funksiyaları

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu