28 C
Baku
10 Sentyabr 2025, 18:51
Baş xəbərMədəniyyət

“Ana Dili” qiraət müsabiqəsi çərçivəsində görüş keçirildi

Bugun.tv-xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan İncəsənət Məktəbinin birgə təşəbbüsü, Obraz Coffee houseun dəstəyi ilə, xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə “Ana Dili” adlı qiraət müsabiqəsi çərçivəsində uşaq, yeniyetmə və gənclərlə görüş keçirilib.

“Ana Dili” qiraət müsabiqəsi adlı bu layihənin əsas məqsədi Azərbaycan dilinin gözəlliyini və zənginliyini gənc nəslə daha dərindən tanıtmaq, onları ədəbi irsimiz və poeziyamızla yaxından tanış etməkdir.

Bundan əlavə, uşaq, yeniyetmə və gənclərin bədii qiraət, səhnə mədəniyyəti və yaradıcı ifadə bacarıqlarının inkişaf etdirilməsi, gənc nəslin ədəbi düşüncə tərzi və estetik zövqünün formalaşdırılması, eləcə də milli dəyərlərə bağlı, yaradıcı və düşünən gəncliyin yetişdirilməsi məqsədilə bu kimi layihənin təşkilinə xüsusi önəm verilib.

Görüş mərasimində ədəbiyyatımızın görkəmli nümayəndələri – Xalq yazıçısı Anar Rzayev, “Qobustan” dərgisinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Pərvin Nurəliyeva və Azərbaycan İncəsənət Məktəbinin direktoru Tural Əliyev iştirak edərək, şairin zəngin yaradıcılıq irsinin gənc nəsil üçün böyük əhəmiyyət daşıdığını vurğulayıblar.

Tədbirdə uşaq, yeniyetmə və gənclər Bəxtiyar Vahabzadənin poeziyasından seçilmiş şeirləri böyük həvəslə səsləndirərək, onun yaradıcılığına olan sevgilərini nümayiş etdiriblər.

Layihənin sonunda çıxış edənlər arasında ən yaxşı bədii qiraət nümayiş etdirən I, II və III yerin qalibləri kubok, diplom və xüsusi hədiyyələrlə təltif olunacaqlar. Digər bütün iştirakçılara isə iştirakçı sertifikatı təqdim ediləcək.

Aynur Camal

Oxşar xəbərlər

Alimlər Aya yerləşmək üçün bakteriyalardan istifadə etmək istəyirlər

Aynur Camal

Türk şorbası dünyada 3-cü yeri tutdu

Aynur Camal

Ankara Moskvadan S-400 aldı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu