17 C
Baku
10 İyun 2025, 8:40
Baş xəbərDünya

Ana pul toplamaq üçün körpəsini zəhərləyib

Kvinslenddə izləyicilərindən ianə toplamaq üçün 1 yaşlı körpəsini ona verdiyi dərmanlarla zəhərləyən sosial media fenomeni ana nəzarətə götürülüb.

Bu hadisənin ünvanı Avstraliyadır.

Avstraliya mətbuatında yer alan xəbərlərə görə, 34 yaşlı sosial media fenomeni qadın körpəsinin ölümcül bir xəstəliklə mübarizə apardığını iddia edib və “böyük çətinlik içində olan körpəsinin şəkillərini və fotoşəkillərini paylaşaraq izləyicilərindən ianə istəyib”.

2024-cü ilin oktyabrında körpə səhhətində ciddi problemə görə xəstəxanaya yerləşdirildikdən sonra Brisben şəhərindəki xəstəxananın tibb işçiləri qadının törətdiyi cinayəti aşkar ediblər.

Səlahiyyətlilər, körpəyə ötən il avqustun 6-dan oktyabrın 15-dək həkim icazəsi olmadan bir neçə dərman verildiyini üzə çıxarıb.

İzləyicilərindən ianə toplamaq üçün ona verdiyi dərmanlarla 1 yaşlı körpəni zəhərlədiyi aşkarlanan qadın polis tərəfindən saxlanılıb.

Qadının izləyicilərindən 37 min dollardan çox ianə topladığı qeyd edilib.

İşgəncə, zəhərlənmə, uşaq istismarı və dələduzluqda ittiham olunan qadının sabah məhkəmə qarşısına çıxacağı gözlənilir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Prezident İlham Əliyev BƏƏ-ə işgüzar səfərə gedib-YENİLƏNİB

Aynur Camal

Akademik Zərifə Əliyeva 102 – “102 ağac əkək” aksiyası

Aynur Camal

Oğurluq edən şəxslər saxlanıldı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu