Kriminal

Anadan oğluna “patı” sovqatı

Bakı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətin məlumatına görə, 2 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Bakı İstintaq təcridxanasında saxlanılan məhkum Ramil Nazim oğlu Bayramovla qısamüddətli görüşə gəlmiş anası Bakı şəhər sakini Cəmilə  Bayramovanın gətirdiyi sovqata baxış keçirilib. Bu zaman orada olan cins şalvarın tikiş hissəsinin arasında xüsusi üsulla gizlədilmiş bükülülərdə ümumi çəkisi 0,692 qram olan narkotik maddə – heroin və ümumi çəkisi 0,195 qram olan psixotrop maddə – metamfetamin (patı) aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

$600 Körpə Satışı: İndoneziyada Uşaq Alveri Üzüyü oğurlandı

Aynur Camal

“İnter-Server” 35 illiyini qeyd edir

Aynur Camal

Ölüm səbəbi nədir?- Araşdırılır

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu