30 C
Baku
28 İyun 2025, 15:56
Siyasət

Anadoludan Qarabağa: Türkiyə-Azərbaycan Media Formu bu gün start götürüb

Bu gündən etibarən  Bakıda “Anadoludan Qarabağa: Türkiyə-Azərbaycan Media Formu” keçirilir.
Bugün.tv-yə bu barədə Qara Dəniz Jurnalistlər Birliyinin İdarə Heyətinin üzvi, türkiyəli jurnalist Güngör Yavuzaslan məlumat verib. Səfər çərçivəsində o düşmən istilasına qarşı xalqımızın imdadına yetişən Qafqaz İslam Ordusunun sərkərdəsi Nuru Paşanın qəbrindən torpaq götürərək Azərbaycana gətirib.
G.Yavuzaslan qeyd edib ki, tədbirdə Medianın İnkişafı Agentliyinin baş direktoru Əhməd İsmayılov,  Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Mətbuat Şurasının sədri Əflatun Amaşov, digər yerli və türkiyəli media nümayəndələri iştirak edəcək.
Media Formunda Qarabağ zəfərində Azərbaycan-Türkiyə Mediasının rolu, Türk Dünyası birgə media əməkdaşlığına dair digər məsələlər müzakirə olunacaq.
İyunun 18-də isə Türkiyə nümayəndə heyətinin Şuşaya səfəri gözlənilir.

G.Yavuzaslanın Bugün.tv üçün hazırladığı videoyazını təqdim edirik.

 

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əsgəran qalasında olub 

Bugün TV

Elşad Mirbəşiroğlu: “Yumşaq güc konsepsiyası qəbul olunmalıdır”

İntizar Əmirova

Zelenski Türkiyəyə minnətdarlıq bildirdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu