20 C
Baku
28 İyun 2025, 4:41
Baş xəbərSosial

ANAMA: Ötən həftə 303 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizləndi

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan Bugun.tv-yə bildiriblər ki, aprelin 17-dən 22-dək Tərtər, Ağdam, Xocavənd, Laçın, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 13 mina, tank əleyhinə 12 mina və 39 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində 303 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Aynur Camal

Oxşar xəbərlər

Yaponiyanın iki əyalətini alov bürüdü

Aynur Camal

Bakıda soyğunçuluq edən şəxs saxlanıldı

Kəmalə Sultan

Qəzzada 1471 hafiz Quran oxuma proqramında iştirak edib

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu