8 C
Baku
21 Fevral 2026, 19:15
Digər

ANAMA cəmiyyətin reinteqrasiyası istiqamətində kompleks işlər həyata keçirir

“Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi ölkəmizin üzləşdiyi mina probleminin beynəlxalq aləmə çatdırılması və minadan zərərçəkənlərin cəmiyyətə reinteqrasiyasının təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atmaqdadır. Bu məqsədlə Agentlik, amputant futbolun inkişafı sahəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə sıx əməkdaşlıq çərçivəsində, Avropa Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə ölkəmizdə ilk dəfə beynəlxalq yarış təşkil edib”- deyən deputat Ceyhun Məmmədov qeyd edir ki, bu önəmli təşəbbüsə qatılaraq, oyunları yaxından izlənilib.

Deputatın sözlərinə görə, turnirdə Azərbaycan, İsrail, Ukrayna, Belçika və Niderland Krallığının milli komandaları iştirak edib. Oyunlar həm idman, həm də humanitar həmrəylik baxımından böyük əhəmiyyət kəsb edir. Bu oyunlar yalnız idman sahəsinin inkişafına deyil, həm də minadan zərərçəkənlərin sosial həyat və reabilitasiyasına yönəlmiş prioritet siyasətimizin təzahürüdür.

Milli və beynəlxalq səviyyədə bu təşəbbüs göstərir ki, cəmiyyət olaraq minadan zərərçəkənlərə qayğı göstərmək, onların sosial və idman həyatına inteqrasiyasını təmin etmək bizim üçün əsas məsələdir.

Bununla yanaşı, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) bu sahədə geniş fəaliyyət göstərir, mina təhlükəsinin aradan qaldırılması və minadan zərərçəkənlərin sosial reinteqrasiyası istiqamətində kompleks işlər həyata keçirir.

ANAMA-nın müntəzəm olaraq keçirdiyi maarifləndirmə kampaniyaları, beynəlxalq əməkdaşlıqlar və humanitar layihələr bu istiqamətdə əhəmiyyətli rol oynayır.

Belə beynəlxalq tədbirlər isə Azərbaycanın mina probleminin həllinə, həmçinin minadan zərərçəkənlərin həyatda aktiv iştirakına beynəlxalq diqqətin yönəlməsinə xidmət edir.

Onların cəmiyyətə reinteqrasiyasına dəstək vermək, həmvətənpərvərlik və həmrəylik dəyərlərimizi daha da möhkəmləndirir. Bu oyunlar bir daha sübut etdi ki, idman vasitəsilə həm sosial məsuliyyət, həm də beynəlxalq həmrəylik nümayiş etdirilə bilər. Bu təcrübə göstərir ki, ölkəmiz humanitar və idman sahəsində beynəlxalq nüfuzunu artırmaqla yanaşı, sosial məsuliyyəti ön planda saxlayır.

Ümidvaram ki, gələcəkdə bu təşəbbüslər daha da genişlənəcək, daha çox ölkənin iştirakını təmin etməklə, minadan zərərçəkənlərin həyatında mühüm və müsbət dəyişikliklər yaradacaqdır. Biz də bu işin hər bir mərhələsində dəstəyimizi və fəaliyyətimizi davam etdirəcəyik.

Milli Məclisin deputatı Ceyhun Məmmədov

Aynur Camal

Oxşar xəbərlər

Yaponiyada su sistemi üçün bələdiyyəyə 21 kiloqram “gizli” qızıl ianə edilib

Aynur Camal

Trampdan AF məsələsi ilə bağlı sərt açıqlama: Netanyahu üçün İsrail Prezidenti Herzog’a tənqid

Aynur Camal

İranda siyasi-iqtisadi böhran dərinləşir..

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu